SON XƏBƏRLƏR

Bu gün Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəxrimiz İlqar Orucovun doğum günüdür. Bu haqda bu gün, 19 fevral tarixində Cenublu.az Bizim Astara Facebook səhifəsinə istinadən xəbər verir.

Astaranın Sım kəndindən olan elm və ictimaiyyət xadimi 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini riyaziyyat-fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə və 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı” ilə təltif edilib.

2003-cü ildən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədridir. 2005-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb. İ.N.Orucovun təşəbbüsü ilə ilk dəfə 2013-cü ildə 35 ölkənin 400-dən çox gənc alimlərinin iştirakı ilə Avropa Gənc Alimlərinin Bakı Forumu təşkil edilib. Eyni zamanda, yenə də onun təşəbbüsü ilə, 2014-cü ildə dünyanın 96 ölkəsindən 700-dək gənc alimin iştirak etdiyi Dünya Gənc Alimlərinin I Forumu təşkil edilib.

Fəxrimiz 2011-ci ildən Avropa Gənc Alimlər Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Qeyd edək ki, İlqar Orucov “Tərəqqi” medalına layiq görülüb.