SON XƏBƏRLƏR

Sentyabrın 10-11-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə keçirilən Avropa çempionatında Astaralı gənc çempion olub. Bu haqda Azərbaycan Güləş Federasiyasının rəsmi saytında paylaşılıb.

Musa Ağayev çimərlik güləşi üzrə keçirilən turnirdə (60 kg) çəki dərəcəsində fəxri kürsünün ən yuxarısına qalxıb. O, Oyan Nəzəriani və Ağahüseyn Mustafayevin məşqçilər heyətinin rəhbərliyi altında iştirak edib.

Finala gedən yolda Musa Ağayev 2 ispan, moldovalı və ukraynalı rəqiblərini məğlub edib. Həlledici görüşdə yenidən Moldova təmsilçisiylə üz-üzə gələn Ağayev bu görüşdə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Təbriklər, Musa Ağayev!

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər