SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı boks üzrə Avropa çempionatının qalibi ilə görüş keçirib. Bu haqda məlumat bu gün, 17 sentyabr tarixində icra hakimiyyətinin rəsmi saytında paylaşılıb.

2021-ci ilin iyulunda Tbilisi şəhərində keçirilən Avropa birinciliyinin finalında Rusiya idmançısı ilə qarşılaşan boksçumuz Məhəmmədəli Qasımzadə gümüş medal qazanmışdır.

Ərçivan qəsəbəsi 3 saylı orta məktəbin IX sinif şagirdi olan Qasımzadə Məhəmmədəli, bu ilin may ayında Monteneqronun Budva şəhərində və iyun ayında Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən boks üzrə Beynəlxalq turnirlərin qalibi olmuşdur.

Məşqçi Nurlan Məmmədovun rəhbərliyi altında çalışan Məhəmmədəli Qasımzadə 2019-cu ildə məktəblilər arasında keçirilən Avropa çempionatının da birincisidir.

Yüksək nailiyyətlərinə görə Məhəmmədəli Qasımzadəni təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ona gələcək yarışlarda uğurlar diləmiş, qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,