SON XƏBƏRLƏR

Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində Astaranın fəxri idmançıları məktəblilərlə görüş keçirib. Bu haqda məlumat bu gün, 6 oktyabr tarixində Astara Rayon Gənclər və İdman İdarəsinin (RGİİ) rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüş Gənclər və İdman Nazirliyinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” layihəsi çərçivəsində baş tutub. Tədbir Astara RGİİ, Astara RİH, Astara Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

Təqdimatda Sərbəst güləş üzrə məşhur astaralı idmançılar Cəbrayıl Həsənov, Musa Ağayev və Əliabbas Rzazadə iştirak ediblər. Görüş zamanı Cəbrayıl Həsənovun erməni rəqibinə böyük hesabla qələbəsini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Görüşün sonunda məhşur idmançı Cəbrayıl Həsənov məktəblilərin suallarını cavablandırmış və uğura gedən çətin yollardan məlumat vermişdir.

Hazırda məşqçi olan 31 yaşlı Cəbrayıl Həsənov Astara rayonu Suparıbağ kəndində anadan olmuşdur. O, XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, Dünya çempionatının 2 qat gümüş, 3 qat bürünc mükafatçısı, Gənclər arasında Dünya çempionu,  Avropa çempionatını 3 qat qızıl, 3 qat gümüş,4 qat bürünc mükafatçısıdır.