SON XƏBƏRLƏR

Astara rayonu Diqo kəndində məktəb yoxdur. Bu haqda videoreportajı İctimai TV paylaşıb.

Kəndin 44-ə yaxın evi, 254 nəfər əhalisi var. Onlardan 100-dən çoxu I-XI sinif şagirdləridir. Lakin buna baxmayaraq, kənddə hələ də məktəb inşa olunmayıb.

Şagirdlər məktəbə getmək üçün qonşu kəndlərə üz tutmağa məcburdular. Kəndə ən yaxın olan məktəb 5 km aralıqda yerləşən Sım kənd tam orta məktəbidir. Daha sonra Pəlikəş tam orta məktəbi – 6 km aralıqda və Şəvqo kənd tam orta məktəbi – 8 km aralıqda yerləşir. Hər il bu kənddən təqribi 4-5 məzun olur.

Məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciətlər olunub. Lakin onların sözlərinə görə, məktəbin tikintisi birbaşa olaraq Nazirlər Kabinetinin qərarından asılıdır.

Qeyd edək ki, Diqo kəndi rayon mərkəzində 44 km aralıqda yerləşir. Kəndə elektrik enerjisi ilk dəfə olaraq 2020-ci ilin may ayında verilib.

O biri otaq
Sizi maraqlandıran

Lənkəranda “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək

Lənkəranda yerləşən “O biri otaq”da gənclərlə “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir. Görüş “Başla” nəşriyyatının təsisçisi Firudin Həsənovla olacaq. Həmçinin görüşdə