SON XƏBƏRLƏR

Astara rayon Pensər kənd 2 saylı tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Salman Zaman oğlu Hüseynov Yaponiyada keçirilmiş 53-cü Dünya Kimya Olimpiadasında 3-cü yer tutub. Bu haqda məlumat avqustun 2-də Təhsil Nazirliyinin rəsmi saytında dərc olunub.

Qeyd edək ki, olimpiada 25 iyul – 2 avqust 2021-ci il tarixlərində onlayn formatda keçirilib. 79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmizi 4 məktəbli təmsil edib. Onların biri Astara, digərləri isə Bakı və Gəncə orta ümumtəhsil məktəblərinin şagirdləridir. Təmsilçilərimizin hər biri bürünc medal qazanıb.

Təhsil Nazirliyinin rəsmi saytından foto
Təhsil Nazirliyinin rəsmi saytından foto