SON XƏBƏRLƏR

Astara təhsil ocağının şagirdi “Əlaçı” verilişində uğurlu nəticə əldə edib. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı məktəb-liseyinin 11-ci sinif şagirdi Mehrəliyev Əli Şahin oğlu müxtəlif layihə və yarışlarda iştirak edib. Respublika səviyyəli və region üzrə intellektual bilik yarışlarında komanda kapitanı olaraq iştirak edib və komandası ilə birlikdə yüksək nəticə əldə edib.

Maliyyə savadlılığını və Basel 3 sahəsində hazırladığı layihəyə görə Mərkəzi Bank tərəfindən sertifikatla təltif olunub. Beynəlxalq layihələr çərçivəsində Orta Doğu Universitetinin və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatlarını qazanıb.