SON XƏBƏRLƏR

Astara şəhər 1 saylı orta məktəbin müəllimi Ruhiyyə Əlizadə Bakıda güzəştli şərtlərlə mənzil alanlardan biri olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində AzTV-yə istinadən verir.

Ruhiyyə Əlizadə 19 ildir ki, Astara şəhər 1 saylı orta məktəbin müəllimidir və ailəsi 6 nəfərdən ibarətdir.

“Biz 2020-ci ildə bu layihəyə qoşulduq. Nəhayət, 24 sentyabr 2022-ci ildə “Yasamal” yaşayış kompleksində, ikinci mərhələdə iştirak edərək 3 otaqlı mənzil əldə etdik. Bizə bu cür şərait yaratdığına görə mən ilk növbədə Dövlət başçımıza – İlham Əliyev cənablarına təşəkkür edirəm, xalqımıza ayırdığı diqqətinə görə minnətdarlığımı bildirirəm. Güzəştli mənzil əldə etmək istəyən hər bir kəsə isə növbəti mərhələlərdə uğurlar arzulayıram”.

Ailə övladlarının paytaxtda ali təhsil alarkən kirayədə yox, öz mənzillərində qalacağı üçün çox sevinclidir. Güzəştli mənzilə sahib olmaq istəyən 10 mindən çox vətəndaş seçimlərdə iştirak edib və “Yasamal” yaşayış kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 mənzil sahibi olub.

Aparılan işlər paytaxtla yanaşı, regionlarda da davam edir. Bunlar 11 bina 466 mənzildən ibarət “Sumqayıt” və 5 bina 240 mənzildən ibarət “Lənkəran” yaşayış kompleksləridir.