Astara təhsil ocağının şagirdi Lütvi Zadə adına məntiq olimpiadasında fərqlənib. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Deqədi kənd ümumi orta məktəbinin 5-ci sinif şagirdi Yusif Fərzizadə məntiq olimpiadasında təqdim olunan 30 sualdan 29-nu düzgün cavablandırıb.
Məktəbli yüksək nəticə ilə yarımfinal mərhələsində iştirak hüququ qazanıb.