SON XƏBƏRLƏR

17 iyul tarixində “Astaralı Sedoy” ləqəbli kriminal avtoritet Ağayar Ağayev dünyasını dəyişib.

O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Ağciyərlərinə və qarnına su yığıldığı üçün müalicə alırmış. Bu yaxınlarda əməliyyat olunsa da, xeyri olmayıb.

22 iyul onun cənazəsi Yekaterinburq şəhərindən Bakıya göndəriləcək.

Qeyd edək ki, Ağayev əvvəllər Rövşən Lənkəranskinin, o öldükdən sonra isə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamı olub.