SON XƏBƏRLƏR

Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Vətən müharibəsi qazisi İlham Əkbərovun, Astara RGİİ-nin baş məsləhətçisinin, tələbələrin, könüllü gənclərin iştirakı ilə Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Ekskursiyada Vətən müharibəsi dövrundə müzəffər ordumuzun düşmənin canlı və hərbi qüvvəsinə vurduğu itkilər, göstərdiyi igidlik və qəhrəmanlıqlar barədə gənclərə geniş məlumatlar verilib.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.

Qeyd edək ki, ekskursiyanın məqsədi “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövrundə əldə edilmiş hərbi qənimətlərlə gənclərin tanış edilməsi, gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldiməsi, onlara azərbaycançılıq və dövlətçilik prinsiplərinin aşılanmasıdır.