Astara RGİİ rəisi boks üzrə Azərbaycan birinciliyində uğur qazanmış astaralı boksçular və onların məşqçiləri ilə görüşüb. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Görüşdə rəis vəzifəsini icra edən Rufan Şirinov komanda üzvlərini qələbə münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb və mükafatlandırıb.
Bakı şəhərində keçirilən yarışda Bilalhəbəşi Nəzərov qızıl, Əli Məmmədov isə gümüş medal qazanıblar.