SON XƏBƏRLƏR

Tanınmış jurnalist Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib. Bu barədə 16 oktyabr tarixində Cenublu.az xəbər verir.

Əməkdar mədəniyyət işçisi olan Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub. O, 1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb.

Növbəti 10 ildə isə Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsini icra edib.

Jurnalist sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Həmçinin 2014-cü ildə Ali Media Mükafatı (2014), habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarını qazanıb.

Qeyd edək ki, Şakir Yaqubov “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış yeganə peşəkar jurnalistdir.