SON XƏBƏRLƏR

Astara rayon Ərçivan qəsəbəsində ölüm hadisəsi qeydə alınıb. Bu haqda məlumatı bu gün, 11 oktyabr tarixində Report paylaşıb.

Belə ki, 42 yaşlı Elnarə Əliyeva özünü pis hiss edib. Həyat yoldaşı yaxınlıqda yaşayan həkim tanışını evə dəvət edib. Həkim xəstəni müayinə edib, sonra ona dərman verib. Dərmanı qəbul etdikdən sonra, onun vəziyyəti daha da pisləşib. Onu Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Əliyevanın yaxınlarının sözlərinə görə, xəstə vaxtında düzgün tibbi müdaxilə olmadığından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.