Astaralı idmançılar Göyçay şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika turnirində fəxri yerlər qazanıblar. Bu haqda bu gün, 25 sentyabr tarixində Astara Rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Sentyabrın 23 – 24 tarixlərində Göyçay Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən turnirdə “Free Contact” döyüş növü üzrə 8 idmançı fəxri kürsüyə yüksəlib:
2006-cı il təvəllüdlər arasında Əskərli Qulam (55 kq) I yeri,
1998-ci il təvəllüdlər arasında İbrahimzadə Rafiq (63kq) II yer,
2004-cü il təvəllüdlər arasında Abbasov Orxan (52 kq) II yeri,
2008-ci il təvəllüdlər arasında Əliyev Mirzə(40 kq) II yeri və Mirzəyev Orxan(52 kq) III yeri,
2009-cu il təvəllüdlər arasında Həmidzadə Sərdar (28 kq) II yeri,
2007-ci il təvəllüdlər arasında Şabanov Təhməz( 47 kq) III yeri,
2011-ci il təvəllüdlər arasında Abdullazadə Nihad( 39 kq) III yeri qazanmışlar.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Gənclər Göyçay səfərlərində Budo döyüş növü üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyevın rəhbərliyi altında iştirak ediblər.
İdmançılar diplom və medalları ilə təltif olunublar.