SON XƏBƏRLƏR

Astara rayon Şahağac kənd 2 saylı tam orta məktəbin kimya müəllimi Nazim Akif oğlu Məmmədov direktor vəzifəsinə işə qəbulu üzrə müsabiqənin test imtahanında yüksək nəticə göstərib. Bu haqda məlumatı Astara rayon Təhsil Şöbəsi verir.

Belə ki, N.Məmmədov 47 bal toplamaqla Respublika üzrə imtahan iştirakçıları arasında 22-ci, rayon üzrə isə 1-ci yeri qazanmışdır. Təhsil nazirinin əmrinə əsasən 13.09.2021-ci il tarixdən o, Astara şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib.