SON XƏBƏRLƏR

Astaralı aktyor və rejissor, əməkdar artistimiz Əli Qulu Səmədov 8 noyabr – Zəfər gününə həsr olunmuş “Zəng” filmində çəkilib. Bu haqda məlumat bu gün, 17 noyabr tarixində Cenublu.az-a daxil olub.

Təsirli süjet xətti olan filmin rejissoru və ideya müəllifi Ruslan Sabirlidir. O, filmdə əsgər rolunu ifa edib.

Film 90-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı şəhid olmuş ataya 27 il sonra “Qarabağa qayıtdıq” xəbərini verən övlad üzərindən çəkilib. Ata-övlad arasında olan təsirli dialoqdan sonra, anasını Xocalı soyqırımında itirən övladın ona “Zəfər qazandıq” xəbərini vermək istəməsi ilə bitir.

Filmdə ata obrazını Əli Qulu Səmədov böyük məharətlə ifa edib.

Filmə baxmaq istəyənlər üçün linki təqdim edirik: https://www.youtube.com/watch?v=BkeTYDOZxhg

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər