SON XƏBƏRLƏR

Astaralı qazilər və gənclər Gəncə şəhərinə erməni terrorçuları tərəfindən atılan raket zərbəsi nəticəsində dağılmış ərazilərə ekskursiya ediblər. Bu haqda məlumatı Azərtac verib.

İki gün davam edən ekskursiyada astaralı Vətən müharibəsi qaziləri Rüfət Əsədullayev, İlham Əkbərov, Heydər Əkbərov, Abbas İbrahimli, Abdulla Cəfərli, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov və fəal gəncləri iştirak ediblər.

Ekskursiya zamanı onlar “Gəncə qapıları” tarixi abidəsini, Heydər Əliyevin abidəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Qeyd edək ki, ekskursiya Astara Rayon və Gəncə Şəhər Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə baş tutub.