SON XƏBƏRLƏR

Astaralı gənclər Qəbələdən 6 qızıl və 1 gümüş medallar ilə dönür.

Milli qəhrəman general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş çoxmübarizəli idman döyüş növləri üzrə respublika birinciliyi baş tutub. Turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Qəbələ Olimpiya İdman Kompleksində keçirilib.

Yarışda 1-ci yer tutan astaralı idmançılar:

  • Rəvan Bayramov (57 kq);
  • Qulam Əskərli (55 kq);
  • Təhməz Şabanov (48 kq);
  • Amal Əkbərov (55 kq);
  • Ümüd Zeynalov (40 kq);
  • Elnur Babayev (29 kq).

Digər astaralı idmançı Azad Babayev isə 35 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Astaralı idmançıları məşqçilər-VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev və Budo döyüş növü üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlayıblar.

Qaliblərə diplomlar, medallar və xatirə kubokları təqdim olunub.