SON XƏBƏRLƏR

Astarada 10 oktyabr tarixində “Vətən müharibəsi” iştirakçısı Arif Qeybiyevin xatirəsinə həsr olunan respublika birinciliyi keçiriləcək. Bu haqda məlumat Azərtac-da paylaşılıb.

Atletika üzrə keçiriləcək ilk respublika birinciliyində 10-a yaxın komanda çıxış edəcək. Açılış zamanı Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

24 yaşlı Arif Qeybiyev Astara rayonunun Səncərdi kəndində dünyaya gəlib. Aktiv gənc olan Arif Qeybiyev dəfələrlə respublika və rayon miqyaslı turnirlərdə fərqlənib. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.

Müddətdən artıq qulluq edən tankçı Arif Qeybiyev Vətən müharibəsinin birinci günündəcə şəhidlik zirvəsinə ucalıb. Qəhrəmancasına ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.