SON XƏBƏRLƏR

Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları “Vətən müharibəsi” zamanı şəhadətə ucalmış Rəhimov Nurlan Əlövsət oğlunun ildönümü münasibəti ilə ailəsini və məzarını ziyarət ediblər. Bu haqda məlumat Azərtac portalında paylaşılıb.

Mərasim “İntellektli və sağlam gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Görüş zamanı şəhidin ailəsi ilə 44 günlük döyüş zamanı əsgər və zabitlərin, həmçinin astaralı döyüşçülərin şücayətlərindən danışıblar.

Nümayəndələr Nurlan Rəhimovun məzarına gül dəstələri düzərək, onun xatirəsinin ehtiramla anıblar.

Şəhid Nurlan Rəhimov “Vətən uğrunda”, “Döyüşlərdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.