SON XƏBƏRLƏR

Bu gün 20 oktyabr tarixində şəhid mayor Kamran Qılman oğlu Fərəcovun ölümündən 1 il ötür. Bu haqda məlumatı Astara Səncədəri kənd kitabxanası verib.

İldönümü ilə əlaqədar Səncərədi kənd Kitabxanası, Səncərədi kənd klubu, Səncərədi kənd axundu Sədail Həbibov, Qafqaz müsəlmanlar idarəsinin dini qurumlar üzrə Cənub bölgəsinin nümayəndəsi Hacı Sədi və kənd camaatı şəhidimizin məzarını ziyarət edərək onun ruhuna dualar oxuyublar.

Qeyd edək ki, şəhid Kamran Fərəcov 14 yanvar 1978-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 20 oktyabr Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.