Astaralı gənclər “ZəfərimİZ” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun evini ziyarət ediblər. Bu haqda məlumatı Gəncləri İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.
Gənclərimiz şəhidimizin ailəsi ilə yaxından tanış olublar, gəhrəmanımızın igidliyi haqqında məlumatlar alıblar.
Qeyd edək ki, Nail Orucov 11 iyun 1978-ci ildə Astara rayonunun Məsçitməhəllə kəndində dünayaya göz açıb. 1995-ci ildən Azərbaycan Silahlı qüvvələrinin sıralarında xidmət edib və 2016-cı ildən ehtiyatda olan polkovnik-leytenantdır.
44 günlük Vətən müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

