Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi beynəlxalq layihədə iştirak edərək sertifikat əldə edib. Bu haqda bu gün, 7 oktyabr tarixində məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.
Belə ki, ingilis dili müəllimi olan Babək Rzazadə 5 gün Slovakiyanın Bratislava şəhərində keçirilən forumda fasilitator (uğurlu qrup ünsiyyətini təmin edən şəxs) sertfikatına layiq görülüb.
Layihənin əsas məqsədi qeyri-formal təhsil sahəsində gənc fasilitatorları yetişdirmək və bu istiqamətdə onların potensialını artırmaqdan ibarətdir.
Babək Rzazadə forumda “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin dəstəyi ilə iştirak edib.