SON XƏBƏRLƏR

Fəlsəfə doktoru, dosent Elvin Ərkan oğlu Əliyev Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya məsələləri” üzrə prorektoru təyin edilib. Bu haqda 3 sentyabr məlum olub.

Elvin Əliyev 1 yanvar 1989-cu ildə Astaranın Vaqo kəndində anadan olub. O, Astara rayonu Məhərrəm Abıyev adına Vaqo kənd və Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəblərində təhsil alıb.

Bakalavr təhsilini Türkiyədə Qars Dövlət Kafkas Universitetində, magistratura təhsilini Atatürk Universitetində almışdır. Fəlsəfə doktoru elmi dərəcəsini Atatürk Universitetinin Tibb Fakültəsində tibbi biokimya ixtisası üzrə alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından təkrar attestasiya keçərək biologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Qeyd edək ki, Elvin Əliyev Beynəlxalq və Respublika səviyyəli bir sıra elmi əsərlərin müəllifidir və onun impakt faktorlu əsərlərinə dünya üzrə yüzlərcə istinad verilib.