Astaralı bir qrup gənc könüllülər və qazilər “Zəfər günü” ilə əlaqədar Bakıda ekskursiyada olublar. Bu haqda bu gün, 8 noyabr tarixində Astara Rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook saytında paylaşılıb.
Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.
İştirakçılar Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlarla yaxından tanış olublar.
Ekskursiyanın sonunda gənclər Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edərək şəhidlərin və ümummilli lider Heydər Əliyevin məzarı önündə qərənfillər düzüblər.