SON XƏBƏRLƏR

Bu gün, 21 fevral tarixində Azərbaycan-Rusiya “Aqroekspress” layihəsi çərçivəsində Astaradan növbəti yük qatarı yola düşəcək. Bu haqda məlumatı Report verib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib ki, “Aqroekspress” layihəsi Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Qeyd edək ki, 12 fevral tarixində sürət qatarları ilə yüklərin daşınması üzrə “Aqroekspress” layihəsi çərçivəsində meyvə-tərəvəzdən ibarət ilk yük qatarı yola salınmışdır.