Astarada Zəfər Gününə həsr olunmuş “Zəfər sənindir, Azərbaycan əsgəri” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Çıxışlarda qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində böyük Zəfər qazanılıb, torpaqlarımız işğaldan azad olunub.
Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzularında şeirlər səsləndirilib.
Yekunda iştirakçılar qalereyanın dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Qeyd edək ki, tədbir Astara Dövlət Rəsm Qalereyasının, Mərkəzi Kitabxananın və Ş.Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.