Zəfər Günü ilə əlaqədar Astara rayonunda da bir sıra tədbirlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri şəhidlərin Xatirə Kompleksini ziyarət ediblər. Zəfər Parkında şanlı qələbəmizi əks etdirən abidənin önünə əklil qoyulub.
Gənclər, tələbələr və məktəblilərdən ibarət dəstə Azərbaycanın Dövlət Bayrağı ilə Heydər Əliyev prospekti boyunca yürüş edərək Zəfər Parkında tədbirə qoşulublar.