Astarada 3 noyabr tarixində ağacəkmə aksiyası keçirilib. Bu haqda Şağlazüzə kənd məktəbi məlumat paylaşıb.
Zəfər günü münasibəti ilə “Zəfərdən yaşıl düşüncəyə” adlı aksiya baş tutub. Məktəbin həyətyanı sahəsində müxtəlif növ ağaclar əkilib. Aksiyada direktor və işçi heyəti iştirak ediblər.