Astara rayon Pensər kənd folklor evində “8 Noyabr Zəfər Günü” ilə bağlı film nümayiş olunub. Bu haqda məlumatı bu gün, 2 noyabr tarixində folklor evinin rəsmi Facebook səhifəsi verib.
Nümayişdən öncə 44 günlük müharibədən və qazandığımız qələbədən danışılıb. Daha sonra tədbir iştirakçıları üçün Vətən Müharibəsindən bəhs edən “27 sentyabrdan qələbəyə doğru” filmi nümayiş olunub.