SON XƏBƏRLƏR

Astarada Zəfər günü ilə bağlı bir sıra tədbirlər baş tutub. Bu haqda məlumatı Azertac verib.

Belə ki, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini, “Şəhidlər” abidə kompleksini və yeni salınmış Zəfər parkını ziyarət ediblər. Daha sonra onlar Astara park-bulvar kompleksində təşkil olunmuş bayram şənliyinə qatılıblar.

Ədəbi-bədii kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şeirlər, sərgilənən rəsm əsərləri, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi parka gələnlər tərəfindən maraqla qarşılanıb.

Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edib, axşam saatlarında atəşfəşanlıqla başa çatıb.

Həmçinin, Zəfər Günü ilə əlaqədar Astarada ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Ələt-Astara avtomobil yolunun 203-cü kilometrliyində 700 ədəd müxtəlif növ ağac əkilib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər