SON XƏBƏRLƏR

Astara şəhər Heydər Əliyev parkının hovuzları təmizlənmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.

Sakinlərin sözlərinə görə, artıq xeyli müddətdir ki, parkda bu mənzərə müşahidə olunur.

“Havalar isinən kimi uşaqlarımızla bu parka dincəlməyə gəlirik. Amma fəvvarələrin bu vəziyyətdə olması bizi məyus edir. Ümid edirik ki, hovuzlar bundan sonra vaxtı-vaxtında təmizlənər, biz də övladlarımızla, nəvələrimizlə gəlib burada xoş vaxt keçirərik”, – deyə sakinlər bildiriblər.

Qeyd edək, Heydər Əliyev parkının yaxınlığında Heydər Əliyev Mərkəzi, Astara rayon İcra Hakimiyyəti və digər binalar yerləşir.

Astara şəhər Heydər Əliyev parkı
Astara şəhər Heydər Əliyev parkı
Astara şəhər Heydər Əliyev parkı
Astara şəhər Heydər Əliyev parkı Astara şəhər Heydər Əliyev parkı Astara şəhər Heydər Əliyev parkı