Astarada daha bir tarixi abidənin – Vaqo kənd məscidinin təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 aprel tarixində verir.
Sakinlər bildirirlər ki, məscid 1905-ci ildə inşa olunub və tarixi abidə kimi qeydiyyata alınıb.
“Yağış yağanda dam örtüyündən su damır. Sovet dövründə bu məscid gübrə anbarı kimi istifadə olunub. Bu səbəbdən də divarlarında nəm hiss olunur. Məscid tarixi abidə olduğundan müdaxilə edə bilmirik. Xahiş edirik, aidiyyəti qurumlar məscidimizdə lazımi təmir işlərini aparsınlar”, – deyə sakinlər bildiriblər.