Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 116 yaşlı “Ləm”in qəzalı vəziyyətdə olması haqda daha öncə məlumat vermişdik.
Vaxtilə “Ulduz” filminin çəkilişlərində istifadə olunan “Ləm”in dağılması barəsində Astara rayon İcra Hakimiyyəti abidənin dövlət qeydiyyatında olmaqla xüsusi mülkiyyətdə olduğunu və aidiyyəti dövlət qurumunun razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına restavrasiya edilməli olduğunu bildirmişdir.
Nəhayət, bir neçə aydan sonra “Ləm”in təmir işləri başlanıb. Hal-hazırda tarixi abidədə bərpa işləri davam edir.