SON XƏBƏRLƏR

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Astara rayonunda yeni məktəbin açılışında iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarxində Report.az-a istinadən verir.

Səfir Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Deqadi kənd ümumi orta məktəbi üçün inşa edilən əlavə korpusun açılışında iştirak edib.

Belə ki, kənd məktəbinin ərazisində 144 nəfər şagirdin təhsil ala biləcəyi 6 otaqlı yeni məktəb binası tikilib. Yaponiyalı səfir dövlətlərarası diplomatiyanın 30 illiyinin tamamında istifadəyə verilən yeni məktəb binasının Azərbaycan və yapon xalqlarının dostluq rəmzi olduğunu bildirib.

Qeyd edək ki, daha öncə Astarada Yaponiya hökumətinin həyata keçirdiyi layihələr çərçivəsində Ərçivan qəsəbəsində və Artupa kəndində yeni məktəb binaları, Hamoşam və Ojakəran kəndlərində tibb məntəqələri tikilib.

Daha sonra səfir Vada Cüniçi rayonun Sım kəndinə səfər edib.