SON XƏBƏRLƏR

Astara rayonunda ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Belə ki, Maşxan kəndində yerləşən və bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli ev yanıb.

Birinci evin ümumi sahəsi 75 kv.m olan 3 otaq və aynabənddən, ikinci evin ümumi sahəsi 60 kv.m olan 2 otaq və aynabənddən ibarət dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.