Astara rayonunda bu gün, 22 oktyabr tarixində günorta radələrində yanğın baş verib. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Belə ki, rayonda ümumi sahəsi 360 m² olan (hər mərtəbəsi 180 m²) ikimərtəbəli evin birinci mərtəbəsində mətbəx mebeli 2 p.m yanıb.
Evin digər hissələri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.