SON XƏBƏRLƏR

Astara rayonu Pensər kəndində yerləşən restoranda təşkil olunan toy mərasimində karantin qayda və tələblərin pozulması halları müəyyən edilib. Bu haqda məlumatı bu gün, 17 noyabr tarixində Report verib.

Belə ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama nəticəsində restoranın sahibi Ü.Məmmədov və toyun təşkilatçısı N.Həsənov barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunublar.