SON XƏBƏRLƏR

Astarada aztəminatlı ailələrin uşaqları üçün növbəti layihə keçiriləcək. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az “Pasha Holding” LLC-yə istinadən xəbər verir.

“PAŞA Holding” və GİD CSR Consulting şirkətlərinin əməkdaşlığı ilə “Təhsilə doğru” layihəsi 2023-cü ildə yenidən başlayır.

Layihə Astarada aztəminatlı ailələrin 7-15 yaş aralığında uşaqları üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi uşaqların təhsilinə dəstək göstərməkdir.

Bu məqsədlə riyaziyyat və ingilis dili fənləri üzrə dərslər təşkil edilir, interaktiv proqramla bilik və bacarıqların artırılmasına dəstək göstərilir.

Uşaqlar əldə etdikləri bilikləri təşkil ediləcək olimpiadalarda nümayiş etdirmək şansı qazanırlar.

2022-ci ildə “Təhsilə doğru” layihəsi 500-dən çox məktəblini əhatə edib.