Astara rayonu, Dənizkənarı park-bulvar kompleksində təhsil festivalı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.
20 may tarixində keçiriləcək festivalda elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, rayon icra hakimiyyəti başçıları, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir.
Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir.
Qeyd edək ki, festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və “Qafqazinfo”, Təhsil TV-nin media dəstəyi ilə baş tutacaq.