Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan təhsilinin inkişafında və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Astara rayonunun təhsil işçiləri təltif ediliblər. Bu haqda məlumatı bu gün, 30 noyabr tarixində Astara rayon Təhsil şöbəsi verib.
Belə ki, Astara şəhər 1 saylı tam orta məktəbin direktoru Əliyeva Xədicə Məmmədəli qızı və Astara şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Rzayev Ramil Məhəmməd oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Məlikzadə Gülnar Elçin qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərman” nı ilə təltif edilib.
Təltiflər müəllimlərə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov tərəfindən təqdim olunub.