Astara rayonunda “Şuşa ili” ilə bağlı ümumrayon tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində Astara rayon İcra Hakimiyyətinə istinadən verir.
Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, qazilər, müharibə iştirakçıları, tələbə gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olublar və Şuşa zəfərindən bəhs edən sənədli filmi izləyiblər.
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Vətən Müharibəsinin iştirakçısı Abbas İbrahimli çıxış ediblər.
Tədbir rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi üzvlərinin ifalarında konsert proqramı ilə davam edib.

