SON XƏBƏRLƏR

Astara Modul tipli Elektrik Stansiyasının ərazisindən yağış suları çəkilir. Bu haqda bu gün, 16 may tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edili

Qeyd edək ki, suçəkmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman