SON XƏBƏRLƏR

Bir neçə gün əvvəl rayona yağan güclü qar və şaxta Astaranın sitrus bağlarına ciddi ziyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində Apa.az-a istinadən verir.

Daha çox bu il əldə olunan bol məhsulun bir qismini indiyədək yığmayan, ağaclarda saxlayan təsərrüfat sahibləri ziyana düşüblər.

Bundan başqa, yağıntı çox olduğuna görə fərdi anbarlarda saxlanılan sitrus meyvələri də çürüyüb. Təsərrüfat sahibləri ərazidə saxlama kamerası olmadığından məhsulu ev şəraitində saxlamağa məcbur olduqlarını bildiriblər. Bu il yağıntılar çox düşdüyündən rütubətlilik maksimum həddə çatıb, bu da məhsulun çürümə riskini artırıb.

Bəzi təsərrüfat sahibləri 10 min manata yaxın ziyana düşüblər.

Qeyd edək ki, Astarada 2417 hektar naringi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton naringi, 5 min ton portağal tədarük edilib.