SON XƏBƏRLƏR

Astarada “Arşın mal alan” satış-sərgi yarmarkasının açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

Yarmarkanın açılışı Dənizkənarı Park-Bulvar Kompleksində yerləşən “Maricel Astara Resort”da baş tutub. Tədbirdə Bakı və cənub bölgəsindən ümumilikdə 50-yə yaxın KOB subyekti təmsil olunub.

Açılışda tədbirin əsas məqsədinin mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılması olduğu qeyd edildi.

Daha öncə satış-sərgi yarmarkası barədə məlumat vermişdik.