Astarada “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin seçim mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
14 məktəb komandasının iştirak etdiyi seçim mərhələsində:
- I yerə Tüləküvan kənd tam orta məktəb komandası;
- II yerə Siyakü kənd tam orta məktəb komandası;
- III yerə Astara şəhər 4 saylı tam orta məktəb komandası;
- fərqləndirici yerlərə Astara şəhər 3 saylı tam orta məktəb, Astara şəhər 2 saylı tam orta məktəb, Kijəbə qəsəbə tam orta məktəb komandaları layiq görülüblər.
Qalib komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Fəxri yerləri qazanan komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.