SON XƏBƏRLƏR

O. Kazımi adına Astara şəhər Uşaq Musiqi Məktəbinin kollektivi 44 günlük vətən müharibəsində şəhid olmuş Nurlan Rəhimovun doğum günü ilə əlaqədar ailəsini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Ziyarət zamanı şəhidin qızı Səidə Rəhimliyə məktəbin kollektivi adından musiqi aləti – fortepiano hədiyyə edilib. Şəhidin həyat yoldaşı Səbinə Rəhimova ailələrinə göstərilən diqqət və qayğıya görə məktəbin direktor vəzifəsini icra edən Leyla İskəndərovaya və kollektivə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan Rəhimov Nurlan Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.