SON XƏBƏRLƏR

Astara Rayon Polis Şöbəsinin əməkdaşları Vətən torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin anım günündə onun məzarını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Şəhidin məzarı önünə əklil qoyan polis əməkdaşları onun əziz xatirəsini yad edib, ailəsinin qayğıları ilə maraqlanıblar. Şəhid hərbi qulluqçunun Vətən müharibəsindəki döyüş yolunun, igidlik və qəhrəmanlıqlarının gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.