SON XƏBƏRLƏR

Astarada polis məktəblilərlə maarifləndirici görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şahağacı kənd 2 nömrəli tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir təşkil olunub.

Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.

Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıqova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri müzakirə olunan mövzular ətrafında çıxışlar ediblər və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat veriblər.

Astara polis
DİN